16:06 - 23.06.2023
23 iyun, Fineko/abc.az. Türkiyənin turizm sektorunda artım tempi may ayında da davam edib.
ABC.AZ xəbər verir ki, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi may ayında Türkiyəyə gələn əcnəbilərin sayının əvvəlki ilin eyni ayına görə 16 və 19 faiz artaraq, 4,5 milyona çatıb.
May ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında 640 min 844 nəfərlə Rusiya birinci olub. Ölkədən Türkiyəyə gələn xarici ziyarətçilərin sayı əvvəlki ilə nisbətən 14,24 faiz artıb.
Rusiyanı 617 min 617 ilə Almaniya, 452 min 724 ilə İngiltərə izləyib. İngiltərəni Bolqarıstan və İran izləyib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026