15:35 - 23.06.2023
23 iyun, Fineko/abc.az. Sığorta agentləri əhalini qorxudur ki, əmlaklarını sığora etdirməsələr, cərimələnəcəklər. Onların bu səlahiyyəti yoxdur.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, bu məsələ ilə bağlı sığorta şirkətlərinə və agentlərinə xəbərdarlıq edilib. “Biz istehlakçılardan narahatlıqlar eşidirik. Sığorta şirkətlərinə də, agentlərinə də xəbərdarlıq etmişik ki, istehlakçılara SMS-lər göndərmək, zənglər etmək onların səlahiyyətində deyil”, - deyə o əlavə edib.