Azərbaycandan xaricə səfər edənlər artıb - HESABAT

14:31 - 20.06.2023


20 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % artaraq 633,6 min nəfər olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, Rusiyaya gedənlərin sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5% artıb, İrana gedənlərin sayı 29,1%, Türkiyəyə gedənlərin sayı 0,4% azalıb.

Ölkə vətəndaşlarının 39%-i Türkiyəyə, 24,3%-i Rusiyaya 9,4%-i Gürcüstana, 7,9%-i İrana, 19,4%-i digər ölkələrə səfər edib. Gedənlərin 69,5%-ni kişilər, 30,5%-ni qadınlar təşkil edib.

Hesabat dövründə xarici ölkələrə səfər edən vətəndaşların 30 %-i dəmir yolu və avtomobil, 67,2%-i hava, 2,8%-i isə dəniz nəqliyyatından istifadə edib.