12:35 - 20.06.2023
20 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycana 176 ölkədən 713 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə (50 %) çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, gələnlərin 32,4%-i Rusiya, 20,0%-i Türkiyə, 8,1%-i İran, 5,2%-i Gürcüstan, 4,9%-i Hindistan, 2,3%-i Pakistan, 2,2%-i Qazaxıstan, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2%-i Səudiyyə Ərəbistanı, 1,9%-i Özbəkistan, 1,6%-i Belarus, 1,5%-i Ukrayna, 1,3%-i Böyük Britaniya, 1,3%-i Türkmənistan, 1,2%-i Küveyt, 12%-i digər ölkələrin vətəndaşları olub, 74,1%-ni kişilər, 25,9%-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan – 3,9 dəfə, Hindistandan – 3,2 dəfə, Belarusdan – 2,7 dəfə, Özbəkistandan – 2,6 dəfə, Qazaxıstandan – 2,0 dəfə, Rusiyadan – 2 dəfə, Böyük Britaniyadan – 1,8 dəfə, İsraildən – 1,7 dəfə, ABŞ-dan – 1,6 dəfə, Küveytdən – 43,8%, Pakistandan – 43,0%, Gürcüstandan – 41,7%, Türkiyədən – 22,5%, Omandan – 17,4%, BƏƏ-dən – 14,7% artıb.
Bundan başqa, MDB ölkələrindən gələnlərin sayı 2 dəfə artaraq 296,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 38 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,5 % azalaraq 103,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 31,9 %-i dəmir yolu və avtomobil, 66,6 %-i hava, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026