Azərbaycanın meyvə-tərəvəz ixracı bu qədər artıb

16:36 - 16.06.2023


16 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycan 241 milyon 967.98 min dollar dəyərində 238 min 893 ton meyvə-tərəvəz ixrac edib. 

ABC.AZ xəbər verir ki, bu Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalarda öz əksini tapıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 10.4% və ya 22 mln. 725 min dollar, həcmi isə 24.2% və ya 46 min 630 ton artıb. 2022-ci ilin ilk 5 ayında Azərbaycandan 219 mln. 242 min dollar dəyərində 192 min 263 ton meyvə-tərəvəz ixrac edilib.

Xatırladaq ki, cari ilin yanvar-may aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.42%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 18.45%-ə bərabər olub.