14:36 - 16.06.2023
16 iyun, Fineko/abc.az. Avtomobillərin icbari sığortası ilə bağlı qaranlıq məqamlar ortaya çıxıb. Belə ki, sığorta şirkətləri sığorta agentlərinə qeyri-rəsmi formada komissiya verməkdən imtina ediblər. Ona görə də hazırda sürücülər maşınlarını icbari sığorta etdirərkən çətinliklə üzləşirlər.
Bunu ABC.AZ-a açıqlamasında ekspert İlkin İbrahimov bildirib.
Bonus-malus sistemini xatırladan ekspert qeyd edib ki, kim qəza edirsə həmin sürücü daha çox sığorta haqqı ödəyir, il ərzində heç bir qəza etməyənin sığorta haqqında isə endirim nəzərdə tutulur.
"Bu qaydalar müəyyən olunandan sonra, həmin bu sığorta agentlərinin məsələsi ikinci plana keçdi. Çünki, əvvəllər sığorta agentlərinə hansısa məbləğdə komissiya verilirdi. İndi isə elə deyil. İndi bəzilərinə verirlər, bəzilərinə isə yox. Ona görə də sözügedən məsələdə müəyyən problemlər ortaya çıxıb. Bu zaman isə sürücü avtomobolini hər yerdə sığortalatdıra bilmir. Əvvəlləe agent kimi işləyənlər indi hər avtomobili sığortalamırlar. İndi bu məsələdə hər şey qanunidir. Məsələn, sənədinizi vurursunuz, orda baxırlar əgər sürücü qəza edibsə onda üzərinə malus gəlir, yəni əlavə sığorta haqqı alırlar, olmayanda o zaman müəyyən endirim olur", - deyə İ.İbrahimov bildirib.
Müəllif: Elmir Murad
3 Avqust 2026
1 Avqust 2026