12:31 - 14.06.2023
14 iyun, Fineko/abc.az. 2022-ci ildə 130 min tondan çox quş əti, 2 milyarddan çox yumurta istehsal edilib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib.
Onun sözlərinə görə, artıq yumurta idxal edən ölkədən, ixrac edən ölkəyə çevrilmişik.
"10-a yaxın xarici ölkəyə yumurta ixrac edirik. Yaxın gələcəkdə Belçika krallığı ilə bağlanan müqaviləyə görə, bu ölkəyə yumurta ixrac edəcəyik", - Mürvət Həsənli əlavə edib.
8 Avqust 2026
8 Avqust 2026