Məşğulluq Agentliyi iddia edir ki, ölkədə 250,1 min işsiz var

10:15 - 14.06.2023


14 iyun, Fineko/abc.az. Azərbaycanda işsizlərin rəsmi sayı açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu il iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250,1 min nəfər olub.

Xidmət bildirir ki, onların 32,5 faizini qadınlar təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 402,6 manat olub.