İcbari Sığorta Bürosunun ləğvi ölkəmizdə çox böyük rezonans doğura bilər - Ekspert

14:38 - 12.06.2023


12 iyun, Fineko/abc.az. İcbari Sığorta Bürosunun ləğv edilmə proseduru müəyyənləşir. Bu, “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Büro xüsusi qanunla ləğv edilə bilər. Bu zaman həmin qanunda informasiya sisteminin idarə olunması və istifadəsi qaydası müəyyən olunmalıdır.

Bəs görəsən Büro ləğv olunarsa bu nələrə səbəb ola bilər?

Bu sualla ekspert İlkin İbrahimova müraciət etdik.

O ABC.AZ-a açıqlamasında əvvəlcə layihənin əsas məğzini və hansı səbəblərdən qanuna dəyişikliyin edilməsi zərurəti yarandığına diqqət çəkdi.

Ekspertin sözlərinə görə, icbari sığorta haqqında qanuna dəyişiklik edilməsi zərurəti qanundakı boşluqlarla bağlıdır.

"Yəni qanundakı boşluq odur ki, İcbari Sığorta Bürosu bağlanarsa və yaxud da ləğv edilərsə onda hansı tədbirlər görüləcək?. Yeni layihəyə əsasən, bu xüsusi fərmanla olacaq, yəni xüsusi fərman o deməkdir ki, Prezidentin fərmanı ilə həyata keçiriləcək. İcbari Sığorta Bürosunun ləğvi ümumiyyətlə, ölkəmizdə çox böyük rezonans doğura bilər. Bu məsələ ondan ibarətdir ki, icbari sığorta hazır ki, qanunvericiliklə ləğv prosedurları ilə bağlı icranı həyata keçirir.  Və bu, yəni qanuna edilmiş dəyişiklik ondan ibarətdir ki, hətta İSB ləğv olunsa belə nə olacaq?. Qanuna edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, bütün prosedurlar xüsusi qanunla, Prezident fərmanı ilə olmalıdır və orda da prosedurlar müəyyən edilməlidir. Hazır ki, dəyişiklik və layihələr bundan ibarətdir" - deyə İ.İbrahimov qeyd edib.

Müəllif: Elmir Murad