10:17 - 12.06.2023
12 iyun, Fineko/abc.az. “Meqa Həyat Sığorta” ASC-nin rəhbərliyinə yeni təyinat olub.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Məmmədxanov Tural Əhmədxan oğlu sığorta şirkətinin İdarə Heyətinə müvəqqəti üzv seçilib.
Hazırda həyat sığorta şirkətinin idarə heyəti Tural Məmmədxanovla birlikdə üç nəfərlə təmsil olunur - İH yeni təyin edilmiş sədri Emil Ağamaliyev və İH sədr müavini Cəmil Nəzərov.
Qeyd edək ki, “Meqa Həyat Sığorta” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % “Meqa Sığorta”dır.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026