16:57 - 6.06.2023
6 iyun, Fineko/abc.az. Yaxın vaxtlarda Böyük Britaniyada qeyd-şərtsiz baza gəlirin ödənilməsi ilə bağlı pilot proqram işə salınacaq.
ABC.AZ-ın Rusiya mətbuatına istinadən xəbər verir ki, London və Jarrouda yaşayan 30 nəfər ayda 1.6 min funt sterlinq (1.9 min dollar) alacaq.
“Avtonomiya” analitik mərkəzinin iştirakı ilə keçiriləcək eksperimentin məqsədi heç bir şərt olmadan ödənişlərin insanların psixi və fiziki sağlamlığına təsirini qiymətləndirməkdir.
“Qarşıda duran iqlim dəyişikliyi, texnoloji irəliləyişlər və sənaye keçidi kimi problemləri nəzərə alsaq, cəmiyyətimiz yaxın illərdə hansısa formada baza gəlirə ehtiyac duyacaq”- deyə bəyanatda deyilir.