12:00 - 19.05.2023
19 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 8-nin ötənilki gəlirləri əvvəlki illə müqayisədə az olub.
ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Qala Sığorta”, “Meqa Sığorta”, “Azsığorta”, “Günay Sığorta”, “Xalq Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Atasığorta” və “Azərsığorta” ASC-lərdir.
Ən çox azalma “Azərsığorta”da (41,6%), ən az azalma isə “Qala Sığorta”da (2,2%) qeydə alınıb.
Qalan 12 sığorta şirkətinin gəlirləri isə artıb. Ən yüksək dinamika “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-də (14,6 dəfə), ən aşağı dinamika isə “İpək Yolu Sığorta” ASC-də (2,6%) qeydə alınıb.
4 Avqust 2026
4 Avqust 2026