11:55 - 17.05.2023
17 may, Fineko/abc.az. Naxçıvanda fermerlərə payızlıq subsidiyaların verilməsi təmin edilib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova deyib.
Onun sözlərinə görə, bu gün ilk dəfədir ki, Naxçıvan sərgidə iştirak edir:
"Uzun illər Naxçıvan blokadada yaşayıb, buna baxmayaraq dövlət başçısının yürütdüyü siyasət nəticəsində Naxçıvan xüsusi model əsasında inkişaf edir. Bu gün Naxçıvanda istehsal edilən bütün məhsullar təbiidir. Naxçıvan fermerləri daha çox organik məhsulları yetişdirməyə daha çox üstünlük verir. Məşğulluq imkanının artırılması, insanların rifahının yaxşılaşdırılması dövlətin başlıca şərtlərindən biridir. Kənd təsərrüfatı məhsullarının istehsalı ölkənin ərzaq və qida təhlükəsizliyində başlıca şərtlərdən biridir".
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026