11:12 - 16.05.2023
16 may, Fineko/abc.az. “Günay Sığorta” ASC-nin səhmdarlarının qərarı ilə İdarə Heyətinin sədri yenidən dəyişib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Hikmət Salmalı sədr vəzifəsindən çıxarılıb, İdarə Heyətinin üzvü təyin edilib. Onun yerinə isə 2022-cı ilin dekabrında üzv seçilmiş Rzayev Pərviz Səxavət oğlu təyin edilib.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 49.90%-i Yeganə Şirinova, 48%-i Mahmud Məmmədova 21.62%-i “Günay Bank”a məxsusdur.