22:47 - 25.06.2018
25 iyun, Fineko/abc.az. Vergilər naziri Mikayıl Cabbarov 29 iyun 2018-ci il tarixində saat 11:00-də Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 1) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qəbələ, İsmayıllı və Oğuz rayon sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 25-28 iyun 2018-ci il tarixlərində Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, İsmayıllı rayonunda vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected]elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
28 İyul 2026
27 İyul 2026