15:38 - 2.05.2023
2 may, Fineko/abc.az. ABŞ-dakı bank böhranları ixtisarlara səbəb olub. Belə ki, “Wall Street” nəhənglərinin işdən çıxarma dalğasına “Morgan Stanley” də qoşulub.
ABC.AZ xəbər verir ki, dekabr ayında 1600-ə yaxın insanı işdən çıxaran “Morgan Stanley” daha 3000 nəfəri ixtisar etməyə hazırlaşır.
Beləliklə, maliyyə məsləhətçiləri və aktivlərin idarə edilməsi bölməsində onlara dəstək verən işçilər istisna olmaqla, bank işçilərinin təxminən 5%-nin əmək müqaviləsinə xitam veriləcək.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026