Sığorta şirkətləri xaricdə satdığı "Yaşıl Kart"lardan bu qədər sığorta haqqı yığıb

14:40 - 2.05.2023


2 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı sığorta şirkətləri xaricdə satılmış "Yaşıl Kart"lar üzrə 3,1 milyon manat sığorta haqqı əldə edib.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib.

O qeyd edib ki, bu məbləğ Azərbaycanda 1 il ərzində satılan "Yaşıl Kart"lar üzr sığorta haqlarının ümumi dəyərinə bərabərdir", - qeyd edək ki, Beynəlxalq Bürolar Şurasının 21 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Milli Yaşıl Kart Bürosu Gürcüstan və Qazaxıstanda "Yaşıl Kart" satmaq hüququ əldə edib.

"Yaşıl Kart"lar Azərbaycan istisna olmaqla "Yaşıl Kart" sisteminə daxil olan bütün ölkələrin ərazisində keçərlidir.