14:26 - 1.05.2023
1 may, Fineko/abc.az. 2023-ci ilin mart ayında Türkiyədə Rusiya kapitalı ilə 308 şirkət qeydiyyata alınıb.
ABC.AZ xəbər verir ki, bu barədəTürkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.
Müqayisə üçün bildirək ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətdə 213 şirkət çoxdur.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Rusiya şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapıtalıda artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 411,8 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 89,6 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026