13:58 - 28.04.2023
28 aprel, Fineko/abc.az. “Intel” 2023-cü ilin birinci rübü üçün büdcə hesabatını açıqladı.
ABC.AZ xəbər verir ki, ilin ilk rübündə şirkətin gəlirləri bir əvvəlki ilin eyni dövrünə görə yüzdə 36 azalaraq 11,7 milyard dollara gerilədi. “Intel” ötən ilin yanvar-mart dövründə 18,4 milyard dollar gəlir əldə edib.
Qeyd edək ki, “Intel” ilin birinci rübündə 2,8 milyard dollar xalis zərər qeyd edib. Ötən ilin eyni dövründə “Intel” 8,1 milyard dollar xalis mənfəət əldə etmişdi.
İndiyə qədər ən yüksək rüblük itkisini bildirən mikroçip istehsalçısı da bu dövr ərzində səhm başına 0,66 dollar zərər hesablayıb. Şirkət ötən ilin birinci rübündə hər səhmə görə 1,98 dollar mənfəət əldə etdiyini bildirib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026