Birinci rübdə “Samsung”un mənfəəti kəskin azalıb

10:35 - 27.04.2023


27 aprel, Fineko/abc.az. 2023-cü ilin birinci rübündə “Samsung”un mənfəəti kəskin azalıb.

ABC.AZ xəbər verir ki, 2023-cü ilin birinci rübündə “Samsung”un mənfəəti yaddaş çiplərinin qiymətlərinin ucuzlaşması və tələbin zəif qalması səbəbindən aşağı düşüb.

Belə ki, 2023-cü ilin ilk rübündə şirkətin gəliri 63,75 trilyon Koreya vonu (təxminən 47,6 milyard dollar) təşkil edib.

2023-cü ilin ilk rübündə şirkətin əməliyyat mənfəəti 640 milyard Koreya vonu (təxminən 478,55 milyon dollar) təşkil edib.

Ötən ilin eyni dövrünə nəzər salsaq bu gəlirin 14,12 trilyon Koreya vonu olduğunu görərik.