Sığorta şirkətlərinin 13-də öhdəliklər artıb, 7-də isə azalıb 

15:07 - 20.04.2023


20 aprel, Fineko/abc.az.  Bu il yanvarın 1-ə sığortaçıların məcmu öhdəlikləri 28,8% artaraq 1 027,851 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, hesabat dövründə sığortaçılardan 13-də öhdəliklər artıb, 7-də isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 23,6 % artaraq 920,168 milyon manat, məcmu qısamüddətli öhdəlikləri isə 2 dəfə artaraq 107,684 milyon manat olub. 13 şirkət uzunmüddətli öhdəliklərini, 12 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.

Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 0,1 % artaraq 427,96 milyon manata, məcmu nizamnamə kapitalı isə 0,8 % artaraq 333,09 milyon manata çatıb. Bazar iştirakçılarından 13-ü balans kapitalını artırıb, 6-sı azaldıb, 1 şirkətin – “Azərsığorta”nın isə balans kapitalı mənfiyə düşüb (kapital çatışmazlığı ilə üzləşib). 2 şirkət – “Günay Sığorta” və Naxçıvan Sığorta” isə nizamnamə kapitalını artırıb.