Azərbaycandakı sığorta şirkətlərinin gəlirləri artıb

14:43 - 20.04.2023


20 aprel, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin 2022-ci ildə məcmu gəlirləri 895,374 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 5% çoxdur.

Ötən il sığortaçıların məcmu xərcləri isə 2,4% artaraq 791,41 milyon manat olub. Şirkətlərdən 12-nin gəlirləri, 13-nün isə xərcləri artıb.
2022-ci ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 103,964 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 30 % çoxdur. 8 şirkətdə maliyyə mənfəəti artıb, 4 şirkətdə azalıb, 1 şirkətdə maliyyə zərəri artıb, 2 şirkətdə azalıb, 2021-ci ildə maliyyə mənfəəti əldə etmiş 4 şirkət 2022-ci ildə maliyyə zərərinə uğrayıb, əvvəlki il maliyyə zərəri ilə üzləşmiş 1 şirkəti isə ötən il maliyyə mənfəəti əldə edib.