17:10 - 17.04.2023
17 aprel, Fineko/abc.az. İspaniyanın Seviliya şəhərində ABŞ-ın "Amazon" şirkətinin əməkdaşları etiraz aksiyası keçirib.
ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, aksiya keçirənlər "Amazon"un anbarında çalışan 1500-ə yaxın işçi olub.
Etirazçılar aksiyanı Sevilyanın Dos Hermanos səmtində işçilər üçün sağlamlıq, iş və maaş şərtlərinin düzgün olmadığı səbəbidən etdiklərini bildiriblər. Qeyd edək ki, "Amazon" şirkəti Sevilyadakı anbarında bazar və bayram günlərində işləmək üçün birtərəfli qaydada əlavə iş saatını dəyişib və bunun nəticəsində işçilər ildə 2000 avro itki verib.
İspaniyadakı anbarlarında 20 minə yaxın işçisi olan "Amazon", 2025-ci ilin sonuna qədər bu ölkədəki işçilərin sayını 25 minə çatdırmağı planlaşdırır.
4 Avqust 2026
4 Avqust 2026