Sahibkarlığın İnkişafı Fondunun xalis mənfəəti 12 faizdən çox azalıb

14:32 - 14.04.2023


14 aprel, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu (SİF) 2022-ci ili 15,509 milyon manat xalis mənfəətlə başa vurub.

ABC.AZ Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 12,3% azdır.

Belə ki, ötən il SİF-in əsas əməliyyat (faiz) gəlirləri 13,31 milyon manat (əvvəlki ilə nisbətən 14,2% çox), digər (qeyri-faiz) əməliyyat gəlirləri 1,065 milyon manat (2,3 dəfə az), ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlirləri 8,945 milyon manat (14,3% az), əməliyyat xərcləri 6,676 milyon manat (9,7% çox), mənfəət vergisi ödəmələri isə 1,135 milyon manat (41% çox) təşkil edib.

Bu il yanvarın 1-nə SİF-in aktivləri 951,891 milyon manat olub ki, bu da illik müqayisədə 13 % çoxdur. Hesabat dövrünə Fondun öhdəlikləri 849,3 dəfə azalaraq 20 min manata düşüb, o cümlədən dövlət subsidiyaları üzrə öhdəlikləri 100 % azalıb, balans kapitalı isə 15,4 % artaraq 951,871 milyon manata çatıb.