11:38 - 11.04.2023
11 aprel, Fineko/abc.az. “WhatsApp” messencerinin tərtibatçıları statuslarla bağlı populyar funksiyanı təkmilləşdirəcəklər.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” portalı yazıb.
Adıçəkilən resursda dərc olunmuş yazıya əsasən, “WhatsApp”da paylaşılan statuslar avtomatik olaraq “Facebook”a da düşəcək.
Portalın ekspertləri bildiriblər ki, funksiya statusun məxfilik parametrlərində mövcud olacaq. “WABetaInfo” qeyd edir ki, gələcəkdə “WhatsApp”da paylaşınan statuslar avtomatik olaraq “Instagram”da da paylaşılacaq.
Hazırda bu opsiya “WhatsApp”ın iOS 23.7.0.75-in beta versiyasında mövcuddur. Funksiya inkişaf mərhələsindədir və gələcək yeniləmədə buraxılacaq.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026