10:30 - 30.03.2023
30 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 086,9 manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, paytaxtda orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,5% artıb.
Xatırladaq ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11,8% artaraq 856,2 manata çatıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026