14:39 - 16.03.2023
16 mart, Fineko/abc.az. “Aqrarkredit” QSC Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara kreditləşmənin əhatəsini genişləndirir.
ABC AZ xəbər verir ki, QSC-nin yaydığı məlumatda bildirilir ki, "Aqrarkredit"in Naxçıvan Muxtar Respublikasının bütün rayonlarına xidmət edən regional filialı fəaliyyət göstərir.
Naxçıvan filialının kredit portfeli 01.01.2023-cü il tarixə 2.6 milyon manat olmuşdur.
Hazırda filial 400-dən artıq sahibkar borcalana xidmət göstərir.
Sahibkarlığın inkişafı maliyyə xidmətlərinin genişləndirilməsini, xüsusi olaraq maliyyə-kredit resurslarının əlçatanlığının yaxşılaşdırılmasını zəruri edir.
Ölkənin aqrar sahəsinin kreditləşməsində yüksək təcrübəyə malik olan “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (“Aqrarkredit” QSC) tərəfindən 2023-cü il martın 14-də Naxçıvan filialında muxtar respublikada fəaliyyət göstərən sahibkarlara kreditlər verilib.