Bakı Hava Limanı rekorda imza atıb - Bu qədər sərnişinə xidmət göstərib

14:10 - 14.03.2023


14 mart, Fineko/abc.az. Bu ilin fevral ayında Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportu 310 mindən çox sərnişinə xidmət göstərərək rekorda imza atıb. Bu rəqəm əvvəlki illərin fevral ayı, o cümlədən pandemiyadan əvvəlki dövr üzrə rekord göstəricidir.

Heydər Əliyev Beynəlxalq Aeroportundan ABC.AZ-a verilən məlumata görə, belə ki, 2023-cü ilin fevral ayında bu rəqəm 312,883 min nəfər idisə, 2019-cu ilin eyni dövründə bu göstərici 243,165 min nəfərə bərabər olub. 2020, 2021 və 2022-ci illərin fevral aylarında Bakı hava limanının sərnişin axını müvafiq olaraq 270 min, 67 min və 206 min nəfər sərnişini ötüb.

Fevral ayında ölkənin bütün beynəlxalq hava limanlarının sərnişin axını 367 min nəfər təşkil edib, 2023-cü ilin əvvəlindən isə bu göstərici təxminən 790 min nəfərə çatıb.