Neft bahalaşır, Brent bir barelə $83,11 təşkil edir

09:15 - 13.03.2023


13 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti  ötən həftənin sonunda azaldıqdan sonra bazar ertəsi hərracda yüksəlir.

London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin dəyəri saat 09:12-də  $0,40 (0,33%) artaraq bir barelə $83,11-a çatdı. Martın 10-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin may ayı üçün fyuçersləri $1,19 (1,46%), bir barelə $82,78-a yüksəldi.

Saat 09:12-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel ayı üçün neft fyuçerslərinin qiyməti $0,34 (0,44%) artaraq bir barelə $77,02-a yüksəldi. Martın 10-da keçirilən hərracların nəticələrinə görə,  WTI  neftinin aprel fyuçerslərinin qiyməti $0,96 (1,27%) artaraq bir barelə $76,68-a çatıb.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 3,55%, WTI nefti isə 3,77% ucuzlaşıb.