14:15 - 10.03.2023
10 mart, Fineko/abc.az. Nazirlər Kabinetinin “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nə müvafiq dəyişiklik edib.
ABC.AZ xəbər verir ki, dəyişikliyə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri müəyyənləşib.
Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün traslarla əlaqədar təchizat şəbəkəsinə qoşulma haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildiyi hallarda tətbiq edilən haqqın 50 %-i məbləğində (yuxarı məbləği 165,0 manatdan çox olmamaqla), digər hallarda trasın uzunluğu 200 m-dək olduqda 300 manat, trasın uzunluğu 200 m-dən çox olduqda 300 manat + 200-dən çox olan hər metr üçün 0,8 manat (yuxarı məbləği 3000,0 manatdan çox olmamaqla) manat müəyyən edilib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində də bu məbləğlərdə xidmət haqları tətbiq olunacaq.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026