11:28 - 10.03.2023
10 mart, Fineko/abc.az. Almaniyanın avtomobil nəhəngi "BMW" Qrupu 2022-ci ildə 18 milyard 582 milyon avro xalis mənfəət əldə edib. 2021-ci illə müqayisədə qrupun xalis mənfəəti 49,1% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə konsernin mətbuat xidmətinin dərc etdiyi yekun hesabatda deyilir.
Ötən il avtomobil istehsalçısının gəlirini 28,2% artıraraq 142 milyard 610 milyon avroya çatıb. Şirkət 2021-ci ildə 111 milyard 240 milyon avro gəlir əldə etmişdi.
2022-ci ildə tam elektrik modellərin satışı 107,7% artıb və 2022-ci ildə tədarüklərin 9% -ni təşkil edib.
Qrupun müsbət rəqəmləri, təkmilləşdirilmiş qiymət və məhsullar, eləcə də Çin birgə müəssisəsi BMW Brilliance Automotive Ltd-nin tam konsolidasiyası ilə əlaqələndirilir.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026