Şirkətlər "Yaşıl Kart" satışını artırıb – Sığorta haqqı toplanışı çoxalıb

15:33 - 6.03.2023


6 mart, Fineko/abc.az. Azərbaycanda "Yaşıl Kart" satmaq hüququna malik olan sığorta şirkətləri 2022-ci ildə 22 187 müqavilə bağlayıb, 3 milyon 18 min 594 manat sığorta haqqı toplayıb.

ABC.AZ xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosuna istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 37,15% və 24,6% çoxdur.

Əlavə edək ki, ötən il hər "Yaşıl Kart"a düşən sığorta haqqı 136 manat təşkil edib.