Əcnəbi sürücülərə törətdikləri qəzalara görə 139 947 manat sığorta ödənilib

14:46 - 6.03.2023


6 mart, Fineko/abc.az. 2022-ci ildə xarici ölkələrdən olan avtomobil sahiblərinin Azərbaycanda törətdiyi 57 yol-nəqliyyat hadisəsinə görə 139 947 manat sığorta ödənişi həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan bildirilib.

Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 21,3 % və 39,75 % çoxdur.

Ötən il hər yol qəzasına düşən sığorta ödənişi 2 455 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 15,3 % çoxdur.

Sığorta ödənişləri "Yaşıl Kart" beynəlxalq sığorta sistemi çərçivəsində verilib.