12:48 - 20.06.2018
20 iyun, Fineko/abc.az. “Standard & Poor's” beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektorunun vəziyyətini qiymətləndirib.
“Standard & Poor's”un assosiativ direktoru Yekaterina Tolstova Bakıda keçirilən VI Sığorta Konfransında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin əksəriyyəti banklara məxsusdur.
“Bankların devalvasiya ilə bağlı problemləri sığorta sektoruna da təsir etmişdir. 2013-2017-ci illərdə Azərbaycanın sığorta gəlirləri dollar ekvivalentində 37% azalıb, manat ekvivalentində isə 37% artmışdır ki, bu da milli valyutanın mövqeyindən asılıdır”, - deyə Y.Tolstova bildirib.
29 İyul 2026
27 İyul 2026