14:06 - 1.03.2023
1 mart, Fineko/abc.az. Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri genişləndirilib.
ABC.AZ xəbər verir ki, dövlət başçısı “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” özünün 2021-ci ilin 18 mart tarixli Fərmanında dəyişiklik barədə yeni fərman imzalayıb.
Yeni fərmana əsasən işğaldan azad olunan ərazilərdə yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı, habelə faydalı qazıntıların çıxarılması ilə əlaqəli olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə torpaqların icarəyə verilməsi prosesi də Komitəyə həvalə edilib.
Xatırladaq ki, sözügedən əvvəlki fərmana əsasən işğaldan azad edilmiş ərazilərdə bir sıra səlahiyyətlər müvəqqəti olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdi.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026