Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən kreditlərin 68,6 faizi aqrar sektorun payına düşüb

10:13 - 24.02.2023


24 fevral, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci ildə ayrılmış maliyyə dəstəyinin əhəmiyyətli hissəsi aqrar və sənaye sektorlarına yönəlib.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, kreditlərin 68,6 faizi aqrar sektorun, 31,4 faizi müxtəlif sənaye məhsullarının istehsalı, emalı və digər sahələrin inkişafını dəstəkləyən layihələrin payına düşür.