Sığortaçıya verilən hesabatın forması və onun verilməsi qaydası təsdiq edilib

11:21 - 23.02.2023


23 fevral, Fineko/abc.az. Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi qaydası təsdiq edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi qaydası müəyyən edilib.

Qərarda hesabatın “Elektron hökumət” və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı vasitəsilə elektron, habelə barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlara münasibətdə kağız daşıyıcıda təqdim edilməsi əks olunub.

Bundan irəli gələrək Qərarda müvafiq məlumatları əhatə edən hesabat formaları tərtib edilib.