14:02 - 20.02.2023
20 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, gələnlərin 33,8 %-i Rusiya Federasiyası, 21,1 %-i Türkiyə, 9,3 %-i İran, 5,6 %-i Gürcüstan, 3,4 %-i Hindistan, 3,2 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7 %-i Pakistan, 2,1 %-i Küveyt, hər birindən 1,8 % olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 %-i Ukrayna, hər birindən 1,2 % olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 %-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 77,7 %-ni kişilər, 22,3 %-ni qadınlar təşkil edib.
Müəllif: Elmir Murad
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026