“Azərbaycan Sənaye Korporasiyası” ASC əməkdaşlarını 350 manata işlədir

15:43 - 17.02.2023


17 fevral, Fineko/abc.az. “Azəripək” MMC sənaye müəssisəsidndə ümumilikdə, 350 nəfər daimi işçi çalışır.

ABC.AZ xəbər verir ki,  "Azəripək”MMC-dən 2022-ci ildə respublikanın 40 rayonunda barama yetişdirildiyi, 341 tona yaxın yaş barama istehsal olunduğu bildirilib.

Rayonlardan tədarük edilən yaş baramaya görə “Azəripək” MMC tərəfindən kümçülərə 1 milyon 927,3 min manat vəsait ödənilib. Tədarük edilən yaş baramadan müəssisədə 130 ton quru barama istehsal olunub.

Baramanın 72 tonu dekabrın sonunadək emala verilib. Ötən il müəssisədə 29 ton xam ipək, 12 ton ipək vata istehsal olunub.

Sexdə çalışan işçilərin orta aylıq əməkhaqqı 300-350 manat təşkil edir.

 Qeyd edək ki, “Azəripək” MMC dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə daxildir.