Ən böyük audit şirkətlərindən biri 700 əməkdaşını işdən çıxara bilər

14:49 - 16.02.2023


16 fevral, Fineko/abc.az. Ən böyük beynəlxalq audit şirkətlərindən biri olan KPMG işçilərini kütləvi ixtisar edə bilər.

ABC.AZ xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Qeyd edilib ki, şirkət ABŞ-da iqtisadi problemlər səbəbindən konsaltinq xidmətinə tələbatın kəskin azalması ilə əlaqədar olaraq təqribən 700 əməkdaşını işdən çıxarmaq niyyətindədir.

Qeyd edək ki, KPMG ABŞ-da ixtisarlar aparmaq qərarına gələn "Böyük Dördlük" beynəlxalq audit şirkətlərindən birincisidir. Buraya həmçinin Ernst & Young, Deloitte və PricewaterhouseCoopers şirkətləri də daxildir.

KPMG-nin son hesabatına əsasən, şirkətin ABŞ-dakı heyətinin sayı 2021-ci ilin sonlarında 35 min nəfəri keçib.