10:19 - 16.02.2023
16 fevral, Fineko/abc.az. Tailand hökuməti ölkəyə gələn turistlərdən vergi almağa başlayacaq.
ABC.AZ xəbər verir ki, hökumət iyunun 1-dən ölkəyə gələn səyahətçilərdən alınmağa başlayacaq turist vergisinin artıq tətbiqini təsdiqləyib.
Bunu Baş Nazir Aparatının mətbuat katibinin müavini Trisuli Traisoranakun deyib.
O bildirib ki, Tailanda hava yolu ilə gələn şəxslər üçün vergi adam başına 300 baht (təxminən 8,6 dollar), dəniz və ya quru yolu ilə gələn səyahətçilər üçün isə 150 baht (təxminən 4,3 dollar) olacaq.
O, aydınlaşdırıb ki, turistlərə verginin tətbiqi bu sahədə milli siyasət haqqında qanuna uyğun olaraq edilib. Toplanan vəsait Tailandda turizmin inkişafına və əcnəbilərin ölkə daxilində səyahətləri zamanı sığortalanmasına yönəldiləcək.