Azərbaycandan Türkiyəyə edilən yardımlar - SİYAHI

11:42 - 10.02.2023


10 fevral, Fineko/abc.az. Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan Türkiyəyə 6-9 fevral tarixlərində edilən yardımlar açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb.

Azərbaycandan Türkiyəyə 855 000 manat maddi yardım edilib.

Qeyd edək ki, fiziki şəxslər və ayrı-ayrı özəl şirkətlər tərəfindən göndərilən yardımlar məlumatda əks olunmayıb.