12:28 - 2.02.2023
2 fevral, Fineko/abc.az. Naxçıvanda fəaliyyət göstərən “Naxçıvansığorta” ASC 2022-ci ildəki fəaliyyəti uğurlu olmayıb. Belə ki, şirkətin müştəri bazarı, o cümlədən sığorta yığmları 177 min manat azalıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci il üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət tərəfindən ötən ildə 2,333 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2021-ci ilin yekun göstəcisi ilə müqayisədə 0,177 mln. manat və ya 7,0% azdır.
Ötən il ərzində şirkət cəmi 0,607 mln. manat ödəniş edib. Qeyd olunan dövrlə müqayisədə sığorta ödənişləri 0,185 mln. manat və ya 44% artıb.
4 Avqust 2026
4 Avqust 2026