14:43 - 19.01.2023
19 yanvar, Fineko/abc.az. Avtomobillərin icbari avtosığortası ilə bağlı vətəndaşlardan əlavə ödəniş tələb edilə bilməz.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.
O həmçinin əlavə edib ki, belə halla qarşılaşan vətəndaşlar mütləq qaydada nəzarətedici qurumun qaynar xəttinə müraciət etməlidirlər.