15:36 - 13.06.2018
13 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) gömrük rüsumlarının daxilolmalarının effektivliyi barədə məlumat verib.
Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi şöbəsinin müdiri Əzizağa Hüseynov bildirmişdir ki, 2017-ci ildə dövlət büdcəsinə komitə vasitəsilə 2,608 milyard manat köçürülmüşdür.
“Cari ilin ilk beş ayı ərzində proqnozlaşdırılan 964,71 milyon manatla müqayisədə, dövlət büdcəsinə 1 325,64 milyon manat köçürülüb ki, bu da proqnozdan təxminən 361 milyon manat çoxdur”, - deyə Ə.Hüseynov bildirib.