Mərkəzi Bank sığorta ekspertləri barədə yenilik edəcək

17:30 - 27.12.2022


27 dekabr, Fineko/abc.az. Sığorta sahəsində müstəqil ekspertlər Türkiyədə təcrübə keçəcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib.

O bildirib ki, müstəqil sığorta ekspertinin peşəkarlıq səviyyəsinə əmin olmaq üçün tələblər müəyyən ediləcək:

"Ekspertlər Dövlət İmtahan Mərkəzində imtahan verəcək. Onların peşəkarlığının artırılması üçün əlavə təlimlər təşkil ediləcək. Təlimlərlə bağlı Türkiyə Müstəqil Ekspertlər İnstitutu ilə əməkdaşlıq edilə bilər. Qiymətləndiricilərin təcrübələrini artırmaları üçün Türkiyəyə göndərilməsi də nəzərdə tutulub. Bu isə bizə imkan verəcək ki, bizdə olan siyahıda həqiqətən peşəkar qiymətləndirici kontingentini müəyyən edək. Onların peşəkarlığına əmin olduqdan sonra yeni qayda ilə qiymətləndiricilərin seçim proseduru olacaq".