10:04 - 27.12.2022
27 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanılmış 875,132 milyon manat sığorta haqqının 691,138 milyon manatı və yaxud 79%-i 5 sığorta şirkətinin payına düşüb.
ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd olunub ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (376,003 milyon manat), "PAŞA Sığorta" (194,543 milyon manat), “Atəşgah Həyat Sığorta” (45,98 milyon manat), “Xalq Sığorta” (38,106 milyon manat) və “Qala Sığorta” (36,506 milyon manat) ASC-lərdir.
11 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (2,18 milyon manat), “Meqa Həyat Sığorta” (2,202 milyon manat), “Atasığorta” (4,808 milyon manat), “Bakı Sığorta” (5,854 milyon manat) və “Günay Sığorta” (7,128 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 22,172 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,5%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 161,822 milyon manat (18,5%) təşkil edib.