Şahdağ MDB-də ən populyar 5 xizək kurortuna daxildir

12:36 - 26.12.2022


26 dekabr, Fineko/abc.az. TurStat portalı MDB ölkələrində qış tətili və Yeni 2023-cü il şənliyi üçün məşhur olan xizək kurortlarının reytinqini təqdim edib.

ABC.AZ xəbər verir ki, Qazaxıstan, Özbəkistan və Azərbaycanın xizək kurortları MDB-də qış istirahəti üçün ən yaxşı beş kurort sırasındadır.

TurStat-ın məlumatına görə, MDB-də ilk 5 xizək kurortu Şımbulak, Karakol, Çimqan və Şahdağdır.

Şahdağ dağ-xizək kurortu Azərbaycanın paytaxtı Bakıdan 180 km, Böyük Qafqazın şərqində yerləşən Qusar şəhərinin rayon mərkəzindən 25 km məsafədə yerləşir. Şahdağ kurortunda qışda dəniz səviyyəsindən 1435-2100 metr hündürlükdə 30 km uzunluğunda yamaclarda xizək sürürlər.

Reytinq MDB ölkələrində xizək kurortlarının populyarlığının öyrənilməsinin nəticələrinə əsaslanır.