Bu şirkətin nizamnamə kapitalını azaldıb

11:30 - 22.12.2022


22 dekabr, Fineko/abc.az. Azərbaycanda lüks avtomobillər satan “Avtolüks Azərbaycan” MMC nizamnamə kapitalını azaldıb.

ABC.Az xəbər verir ki, bu barədə avtomobil şirkətindən bildirilib.

Qeyd edilib ki, kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 8 ünvanına bildirə bilərlər.

Şirkətin nizamnamə kapitalının hansı həcmdə azaldığı açıqlanmasa da, ümumi həcminin 57,8 mln. manat olduğu məlumdur.