10:33 - 22.12.2022
22 dekabr, Fineko/abc.az. Çinin mobil telefon, elektronika və kiçik məişət texnikası istehsalçısı “Xiaomi” işçilərinin 10 faizinə bərabər olan 3500-ə yaxın işçini işdən çıxaracaq.
ABC.AZ xəbər verir ki, şirkət kütləvi ixtisarı gəlirlərinin azalması səbəbindən edəcəyini açıqlayıb.
“Xiaomi”nin gəlirləri üçüncü rübdə 10 faiz azalıb, şirkət 1,5 milyard yuanlıq xalis zərərlə bağlı hesabat verib.
Üçüncü rübdə mobil cihaz satışları 11% azalıb, bu da, şirkətin ən əhəmiyyətli gəlir mənbələri olan smart elektronika və internet xidmətlərində itki ilə üzləşməsinə səbəb olub.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026